Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb

Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. 

Mynews.az bildirir ki, yaxınlarının Report-a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.

Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. 

A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O, doğulduğu qəsəbədə dəfn olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...