Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mehman Hüseynovun apellyasiya şikayətinə baxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqer Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Fuad Ağayev vəsatətlərlə çıxış edib.

O, xüsusi ittihamçı Musa Musayevin məhkəməyə dəvət edilməsini və müvəkkili saxlanılan zaman hadisə anının videogörüntüsünü tələb edib. Vəsatət təmin edilməyib.

Məhkəməmin növbəti iclası dekabrın 1-nə təyin edilib.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...