Qeysəriyyə əməliyyatı etdilər, həyatı məhv oldu - Bakıda şok
Hamiləlik boyu normal göstəricilər olsa da, doğuş vaxtı həkimlər gənc qadını qeysəriyyə əməliyyatına alıb.
Mynews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Respublika Kliniki Xəstəxanasında baş verən hadisələr elə qeysəriyyə əməliyyatından sonra yaranıb. 3 gün sonra evə buraxılandan sonra üstü qızarmağa başlayan yara partlayıb.
Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.
Problemlər bununla da yekunlaşmayıb. 2-ci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ana, evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.
Bu xəstəxanaya etibarı qalmayan ailə, qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb. Qadının anası virusun qeysəriyyə əməliyyatında yoluxduğunu deyir. Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir. Məsələ ilə bağlı qalmaqalın mərkəzindəki həkim Pərvanə Hüseynova ilə əlaqə saxladıq. O, normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışıb.
Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının nadir xəstəliyi ilə əlaqələndirir.
Həkim xəstənin içində nəysə qalması və əməliyyatdan Hepatitin yoluxması iddialarını isə qəbul etmir. Onun sözlərinə görə, qadının öd kisəsində daşın olduğu əvvəldən məlum idi və sonradan sancılar verməsinin qeysəriyyə əməliyyatı ilə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq və qeyd olundu ki, xanımın problemi ilə şəxsən maraqlanacaqlar və məsələ araşdırılacaq.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 997 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 974 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 963 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 962 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 959 dəfə oxunub