Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kütləvi dava, iki nəfər bıçaqlanıb - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində baş verən kütləvi dava zaman iki nəfər bıçaqlanıb.

Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.

Bildirilir ki, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.

Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmalara başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...