Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ələtdə AĞIR QƏZA - Bir ailənin üzvü olan 4 nəfər yaralandı

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində "Opel" markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub.

Mynews.az-ın apa-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər -1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.

V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. L.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...