Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları aldadan şəxs həbs olundu - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, bu ilin noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə, daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan Ayhan pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Həmin şəxs avtovağzal ərazisində taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı T.İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən T.ismayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...