Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda toydan qayıdan şəxslər qəzaya düşdülər - 13 yaralı var

Goranboy rayonunda ağır yol qəzası baş verib. 

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 13-dən çox adam yaralanıb. Onlardan biri, Kələk kənd sakini Şəbnəm Mehmanqızı və 2 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Qəza nəticəsində sərnişinlərdən biri, 15-16 yaşlı oğlan şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...