Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıdakı dəhşətli qəzanın görüntüləri: yaralılar yerə səpələnib - VİDEO

Bakının Qaradağ rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasınıngörüntüləri yayılıb. 

Hadisə şahidlərinin BAKU.WS-ə göndərdiyi videoda görünür ki, qəza nəticəsində yaralanan şəxslərə ətrafdakı insanlar ilkin yardım edirlər. 

Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib. 

Qəza nəticəsində xəsarət alanların siyahısı: 

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov 
1964-cü il təvəllüdlü Rəhim Səlimov 
1966-cı il təvəllüdlü Ulduz Sultanova 
1970-ci il təvəllüdlü Xuraman Məmmədova 
1975-ci il təvəllüdlü Ağayev İlqar 
1980-ci il təvəllüdlü Ramiz Məmmədov 
1982-ci il təvəllüdlü Aytəkin Məmmədova 
1982-ci il təvəllüdlü Vadim Mütəllibov 
1983-cü il təvəllüdlü Atayev Elnur 
1996-cı il təvəllüdlü Tapdıq İsmayılov 

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...