Bakı metrosunda təhlükəli anlar - Qatar qapısı açıq hərəkət etdi - VİDEO
“Bakı Metropoliteni” hadisənin baş vermə səbəblərini və ondan sonrakı hərəkətləri araşdırır
“Qarabağ” -“Çelsi” oyunundan dönən azərkeşlər metorda şok yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib.
Hadisə şahidi Cavid Cavadov bizimyol.info-ya veridiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bizimyol.info-ya bildirib ki, dünən gecə bu hadisənin “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verdiyi aydın olub: “Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə qon qapısı açıq qalıb. qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamazına qəti yol verilmir. Yəni qapıda problem olanda belə olan halda qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər bnasazlıq aradan qaldırılırsa qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub