Gənc oğlan “Topaz”da yüksək miqdarda pul uduzduğu üçün intihara cəhd edib. Criminal.az xəbər verir ki, bu barədə gənc oğlanın qohumu Bəxtiyar Bəhman sosial şəbəkə vasitəsilə məlumat verib. Bəxtiyar Bəhmanın sözlərinə görə, son bir neçə ildə bacısı oğlu böyük pullar uduzurmuş və bunu hər kəsdən gizlədirmiş. Bir neçə dəfə ailəsini özünü dağdan atacağı ilə bağlı hədələyib. Gənc oğlan qəbirstanlığa gedərək, dərmanlar qəbul edib. O dərmanları mayesiz qəbul etdiyi üçün təsiri az olub. Yanında qoyduğu sirkəni isə içməyib. Ailəsi övladını tapmağa müvəffəq olub. Gənc oğlan 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
''Dünyada bu tipli hadisələrə opertiv başladıqları halda, bizdə 102 xidmətinə zəng zamanı yaxın ərazidəki polis bölməsinə ərzə ilə müraciət etməyi tövsiyyə edirlər. Əslində belə zənglərə bu cür yanaşma insanlara yardım etmır və bunun biz bu gün bir daha şahidi olduq:
- Gedin ərzə yazın.
- Bizim onun telefon nömresinin (özünün) harda yerləşdiyini təyin etmək imkanımız yoxdur.
Bax bele yardım edir 102
Öz gücümüz hesabına onun yerini təyin etdik. Əgər yarım saat gec təyin etsəydik inanın bacım oğlunu itirəcəkdik''- B.Bəhmən yazır
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub