Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyçayda AĞIR QƏZA - minik avtomobili ilə yük maşını toqquşdu

Göyçayda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var.

Mynews.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində Göyçayın Birinci Ərəb kənd sakinləri, 1991-ci il təvəllüdlü Hacıyev Sadiq Əvəz oğlu, 1983-cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu, Ucarın Lək kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu ağır bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılardan ikisi reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...