Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni doğulmuş uşağı yol kənarına atdılar

Ağstafa rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik dəqiqləşməyib.

Körpənin meyitini ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...