Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Lotu Quli"nin qohumunun məhkəməsi davam etdi

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M. Namazov vəkili Təranə Məmmədovanın suallarını cavablandırıb.

Bildirib ki, saxlanılıb polis bölməsinə aparılandan sonra onun üzərində axtarış aparılmayıb.

M. Namazov bildirib ki, saxlanılandan sonra təzyiqlərə məruz qalıb.

Prosesdə M. Namazovun vəkilləri bir sıra vəsatətlər veriblər. Vəsatətlər növbəti iclasda müzakirə ediləcək.

Proses dekabrın 6-da davam edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...