Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN, DTX və Baş Prokurorluq futbolçuların saxlanılmasından xəbərsizdir

“Keşlə” futbol klubunun heyətindən uzaqaşdırılmış 2 futbolçu - Nizami Hacıyev və Mirhüseyn Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Məsələni aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq.

Mynews.az-ın məlumatına görə, Ehsan Zahidov ölkə.az-a açıqlamasında bildirib ki, bu xəbərlə bağlı araşdırmalar davam edir, hələlik bunu təsdiq edən polis idarəsi yoxdur: "Ola bilsin ki, bu xəbər yalandır. Polis idarələrindən heç biri bu xəbəri təsdiq etmir. Bəlkə, prokurorluq, bəlkə də, digər hüquq mühafizə orqanları saxlayıb".

Hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən futbolçularla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovaçıqlamasında bildirib ki, bu məsələ ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilən Nizami Hacıyev və Mirhüseyn Seyidov DTX tərəfindən saxlanılmayıb.

Qeyd edək ki, futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovun “Neftçi” – “Keşlə” oyununu satdıqlarına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı iddia edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...