Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ələt-Astara yolunda mikroavtobus qəzaya düşüb - xeyli yaralı var

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.

Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib. 

***

13.07

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər yaralanıb.

Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...