Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dələduzluq və oğurluq edən "zek" həbs edildi

Sumqayıt şəhərində dələduzluq və oğurluqda etməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Kamil Əliyev dələduzluqla üzləşməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət edib.
O, müraciətində bildirib ki, Əjdər adlı şəxs onu işə düzəltmək adı ilə pulunu alıb.
1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən şəhər sakini Əjdər Nəcəfəliyev həbs edilib.
Məlum olub ki, Əfdər Nəcəfəliyev şəhər sakini Teymuraz Abdullayevə məxsus “Hyundai” markalı avtomobilin ön bamperini əzib.
O, həmçinin 1 köşkdən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinib.
İstintaq araşdırması zamanı Əjdər Nəcəfəliyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...