Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 uşaq atası özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Məlumata görə, 3 övlad atası və nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...