Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN və FHN-dən Bakıda 5 nəfərin öldüyü qəza ilə bağlı - AÇIQLAMA

Bakının Qaradağ rayonunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumatda qeyd olunur ki, Bakı şəhəri, Qaradağ rayonunda  “Mercedes“ markalı yük maşını və “Mercedes“ markalı avtomobil toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində avtomobilin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakitqızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, ölənlər arasında 6 aylıq qız - Hüseynova Cənnət İntamiz qızı da var.

Hadisənin təfərrüatları araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...