Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyçayda partlayış - Yaralılar var

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndində baş verib.

Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.

Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində Y.Zərbəliyevanın bədəninin 60 faizdən artıq hissəsinin yandığı bildirilir. Qadın Respublika Yanıq Mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...