Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xırdalanda yaşayış binasında yanğın: - Sakinlər təxliyyə edildi-YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var.

Mynews.az APA-ya istinadən xəbər verir ki, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.

Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.

12.01

Xırdalanda yaşayış binasında yanğın olub.

FHN-dən Mynews.az-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...