Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda kişi həmcinsini rüsvay etməklə hədələyib pul aldı

Şirvan şəhərində şantajla məşğul olan şəxs tutulub.
 
Mynews.az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2016-cı ilin aprel-may aylarında barəsində rüsvayedici məlumatlar yayacağı ilə şəhər sakini Ə.Xudaverdiyevi hədələyib ondan ümumilikdə 400 manat və 2.000 ABŞ dolları almaqda şübhəli bilinən şəhər sakini Abduləziz Bəşirov tutulub.
 
Xatırladaq ki, Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, onların barəsində rüsvayedici məlumatları yaymaya görə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...