Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dostların cinayəti - İkisi tutuldu, biri...

Gəncə şəhərində oğurluqla məşğul olan üç nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən şəhər sakinləri İbrahim Allahverdiyev və Kənan Əliyev tutulub.

Cinayəti törədən daha 1 nəfər isə müəyyən edilib. İstintaq orqanı həmin şəxsin də həbs edilməsi üçün tədbirlər görür. Onun adı açıqlanmayıb.

Bildirilib ki, oğurluğu törədənlər üç dost olub. Onlar ötən il noyabrın 10-da Gəncə şəhərindəki evlərdən birindən 50 manat və 3500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...