Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tovuzda orta məktəb yandı

Tovuzda yanğın hadisəsi qeydə alınıb.

Tovuz rayonu, Aşağı Quşçu kəndində ümumi sahəsi 693 m² olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 m², 6 sinif otağının tavanı 120 m² sahədə və qapıları yanıb.

Yüksək temperaturdan digər otaqların tavanı 50 m² sahədə qarsalanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...