Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kişi özünü öldürməklə hədələdi - Uşaqlarımı qaytarın

Bakıda orta yaşlı kişi intihara cəhd edib.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, naməlum şəxs Binəqədi rayonunda intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb. O, bildirib ki, övladları qaytarılmasa, özünü ataraq intihar edəcək.

Hadisə yerinə polislər və xilasedicilər gəlib. Məlum olub ki, binanın damına çıxan şəxs paytaxt sakini, 1977-ci il təvəllüdlü Ağakişiyev Fədail Rövşən oğludur. O deyib ki, övladlarını qayınanası aparıb və uşaqların qaytarılmasını tələb edib. Polis əməkdaşları dərhal həmin şəxsin qayınata və qayınanası ilə əlaqə yaradıblar. F.Ağakişiyevin qayınanası deyib ki, uşaqları qaytarmaq fikri yoxdur, “Fədail nə istəyirsə, etsin”.

Uzun söhbətdən sonra 40 yaşlı kişi xilasedicilər tərəfindən binanın damından düşürülüb və polisə təhvil verilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, intihara cəhd edən şəxs taksi sürücüsüdür. Onun ciddi ailə problemləri olub və həyat yoldaşından ayrılıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...