Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ticarət mərkəzində faciə - 28 yaşlı gənc öldü

Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

Mynews.az FHN-nin saytına istinadən bildirir ki,  Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.
 
Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...