Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yeniyetməni 3 dəfə bıçaqladılar

Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

“8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...