Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şirvanda dəhşətli faciə - 60 yaşlı kişi diri-diri yandı

Şirvanda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, gecə saatlarında Şirvan şəhəri 20 Yanvar küçəsi 1 ünvanda yerləşən fərdi yaşayış evində yanğın qeydə alınıb. Ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı orada yaşayan 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğının söndürülməsinə FHN Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...