Ticarət mərkəzində atışma - Azərbaycan vətəndaşı yaralandı
Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb. Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında deyilir ki, təxminən saat 7-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları oradakı mühafizəçini yaralı halda aşkarlayıblar.
İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib.
Zərərçəkənə ilk tibbi yardım göstərilib və o, "Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün saxlanılıb. Araşdırma davam edir.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 929 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 569 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 567 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 567 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 561 dəfə oxunub