Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Biz çatanda adam can verirdi…" - Sumqayıtdakı qətlin TƏFƏRRÜATI

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə şahidlər ifadə verib. 

Sumqayıt Yol Polis İdarəsinin əməkdaşı Şəhriyar Rzayev deyib ki, ərazidə xidmət aparan vaxt 20 yaşlarında bir nəfər onlara yaxınlaşaraq bir nəfərin bıçaqlandığını deyib:
"Biz hadisə baş verən yerə yaxınlaşanda artıq bıçaqlanan adam can verirdi. Sonra təcili yardıma zəng elədik. Orada başqa heç kimi görmədik".

Digər polis əməkdaşı Sadiq Qarayev də hadisəni təsdiqləyib və bıçaqlanan adamın yarasına dəsmal qoyduqlarını əlavə edib. 
Prosesdə məhkəmə istintaqının yekunlaşıb.

Dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edərək ki, T.Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
T.Sadıqovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Onu bıçaqlayan Gədəbəy rayon sakini Teymur Sadıqov Şəmkir rayonu ərazisində tutulub. T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...