Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fədayə Laçın "hepatit c" xəstəsidir, həbsdə qalması təhlükəlidir

Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Mynews.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.

O bildirib ki, F.Laçın "hepatit c" xəstəsidir: "Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınan deyil, nə də istintaqa təsir edə bilməz".

Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...