Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda heroinlə tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Azərbaycan vətəndaşını külli miqdarda narkotik vasitələrlə saxlayıb.

Mynews.az-ın APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, Marneulidə saxlanılan 1977-ci il təvəllüdlü P.Q. adlı şəxsdən iki bağlamada 6,07 qram heroin olmaqla, 11,607 qram narkotik vasitə müsadirə olunub.

Həmin şəxs saxlanılan zaman narkotik vasitələrin təsiri altında olub. O, günahını etiraf edib.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...