Salyanda beş nəfərin öldürüldüyü evin yerində park salına bilər - VİDEO
Salyanda həyat yoldaşı Mehbarə Qurbanovanı və dörd qızını amansızcasına qətlə yetirmiş Fərhad Əliyevin evi dövlətə verilə bilər.
Mynews.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində M.Qurbanovanın qardaşı Elnur Qurbanov bildirib: "Dəfələrlə Fərhadın qardaşı Raislə aralarında həmin ev üstündə davaları olub. İndi istəyirik ki, həmin torpaq dövlətin balansına keçsin. Bizə də lazım deyil. İstəyirik orada park salınsın. Ancaq hələ rayon rəhbərliyinə müraciət etməmişik".
X.Hidayətqızı isə təklif edib ki, evin yerində zorakılığa məruz qalmış qadınların şərəfinə heykəl ucaldılsın.
Qeyd edək ki, üç il ərzində axtarılan Salyan sakini Mehbarə Qurbanova və dörd qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları Fərhad Əliyev tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. Bu işdə ona oğlu Fəqan Əliyev kömək edib. Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib, barələrində həbs-qətimkan tədbiri seçilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub