Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıdan Ağdaşa gedib bacısıyla görüşən tələbəni öldürdü - TƏFƏRRÜAT

Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynləri hazırda Türkiyədədir.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov təhsil ocağını özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Kollecdən bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.

mənbə: Apa

14:51

Qətlə yetirilən şəxs şagird deyil. 2000-ci il təvəllüdlü Ətraf Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsidir. Onun hansı səbəbdən qətlə yetirildiyi hələ ki məlum deyil. Prokurorluq tərəfindən araşdırmalar aparılır.

Bu gün səhər saatlarında Ağdaş rayonunda məktəbli 3 nəfər şəxs tərəfindən bıçaqlanıb.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 15 yaşında olan yeniyetməyə ürək nahiyəsindən bir neçə dəfə ağır bıçaq zərbəsi vurulub.

O, hadisə yerindəcə dünyasını dəyişib. Polis məktəblini bıçaqlayanları axtarır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...