Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb

Lerik rayonunda xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub. Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...