Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda intihar cəhdinin qarşısı alınıb - FOTO

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib.

Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər.  O, hadisə yerinə cəlb edilən həkimlərə təhvil verilib. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal  xəstəxanaya çatdırılıb.

Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü mayın 21-də binanın damından ataraq intihar edib. İntiharın istintaqı ilə bağlı narazılığını bildirən C. Sadiqovun sərxoş olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...