Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pişik paltaryuyan maşınında 40 dəqiqə yuyuldu - sağ qaldı

Norveçin paytaxtı Osloda “Zero” ləqəbli pişik 40 dəqiqə işlək paltaryuyan maşında qalıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, pişik işə salınan maşının sakitcə içərisinə girib və orada 30 dərəcə temperaturda 40 dəqiqə ərzində yuyulub.

“Zero”nu orada evin 14 yaşlı oğlu Yoakim aşkarlayıb. Bir qədər səntirləyən və qusmağa başlayan pişik veterenara götürülüb. İki gün klinikada qalan pişiyin vəziyyəti normallaşıb və o, əvvəlki şən əhval-ruhiyyəsinə qayıdıb. Amma Yoakimin ailəsi indi paltaryuyan maşının barabanını yoxlamamış onu işə salmır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...