Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda körpə qız faciəvi şəkildə öldü

Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib.

Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...