Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı
Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb. Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olması məlum olub. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək göütürülüb.
Polis əməkdaşları tərəfindən həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldğı mənbə də müəyyən edilib. Ağstafa RPŞ-nin əməkdaşları ilə birgə keçirilən təxirəsalınmaz tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Qazax rayon sakini Nurəddin Quliyev rayon ərazisində saxlanılıb. Onun yaşadığı evə və həyətində olan “QAZ-31” markalı avtomobilə baxış keçirilib və bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb.
Ekspertiza təqdim olunan narkotik vasitələrin - Ş.Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram marixuana olması barədə rəy verib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 991 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 955 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 945 dəfə oxunub