Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ucarda naməlum avtomobil piyadanı vurdu

Ucarda  piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Rəstəcə kənd sakini, 1983-cü il təvəllüdlü Nurlan Əjdər oğlu Hüseynovu naməlum avtomobil vurub.

Ağır vəziyyətdə Ucar Mərkəzi  Rayon Xəstəxanasına yerləşdirilən N. Hüseynova ilkin tibbi  yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Hadisənin hansı şəraitdə və hansı növ avtomobillə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...