Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda faciəvi olay - 4 yaşlı oğlunu vurub öldürdü

İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...