Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyənin müdafiə nazirinə silahlı hücum olub

Türkiyənin Kocaeli əyalətində ölkənin müdafiə naziri Fikri İşıkın avtomobil karvanına silahlı hücum olub. 

Mynews.az xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri məlumat yayıb. 

Məlumata görə, İşık Kocaeli əyalətinin Dilivas rayonunda görüşlər keçirdikdən sonra Derince istiqamətində hərəkət edib. Bu zaman naməlum avtomobildən avtomobil karvanı istiqamətində atəş açılıb.

Polislər avtomobili saxlamağa müvəffəq olublar. Avtomobildə olan şəxslər saxlanılıb və polis idarəsinə gətiriliblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...