Bakıda arvadının başını kəsən ərin - DƏHŞƏTLİ CİNAYƏTİ - TƏFƏRRÜAT
Gecə Bakıda ağır cinayət olub. Həyat yoldaşını yaşadığı evdə amansızlıqla öldürən kişi ölkədən qaçmaq istəyərkən sərhəddə yaxalanıb. Məlumata görə, hadisə ev mübahisəsi zamanı olub.
Ev üstündə ərlə-arvad arasında düşən mübahisə ağır cinayətə səbəb olub. Kişi həyat yoldaşının başını kəsərək onu amansızlıqla qətlə yetirib. Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu 3-cü mədən, ev 61 ünvanında qeydə alınıb. 52 yaşlı Rasim Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 50 yaşlı Arifə Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Qadın çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rasim Çəltikov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Polis və prokurorluq əməkdaşları Rasim Çəltikovu Rusiyaya qaçmaq istəyərkən sərhəddə yaxalayıblar.
Rasim Çəltikovun atası Qara Çəltikovun sözlərinə görə, oğlu yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib. Lakin mərhum Arifə Çəltikova həyat yoldaşının bu fikri ilə razılaşmayıb. Ailə üzvlərindən xəbərsiz evi başqa şəxsə satan Rasim Çəltikov arvadı ilə Rusiyaya getmək üstündə yenidən mübahisə edib, elə hadisə də bu zaman olub. Daha sonra isə o, pulları götürərək qaçıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. (BAKU.WS)
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub