Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arvadını öldürüb ölkədən getmək istəyirdi...

Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

DİN-dən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində "Yalama" Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...