Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gənc oğlan anasına görə intihar etdi

Pirallahı rayonunda intihar hadisəsi qeydə alınıb. 

Mynews.az xəbər verir ki, 20 yaşlı gənc tikintisi yarımçıq saxlanılmış binada özünü asıb.

Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü Rəhimov Rəhman Səməndəroğlunun cəsədi 24 dekabr 09:15 radələrində Dübəndi bağ massivinin ərazisində aşkarlanıb.

Gənc oğlanın anası və bacısı ilə hadisə yerinin yaxınlığında kirayədə yaşadığı bildirilir. Faktla bağlı Pirallahı rayon Prokurorluğu tərəfindən CM-nin 125-ci maddəsi üzrə cinayət işi (intihar həddinə çatdırılma) başlanılıb.

İstintaq gənci intihara sürükləyən ilkin səbəbi müəyyənləşdirib. Onun uzun müddət anası ilə danışmadığı məlum olub. Oğul və ana arasında münaqişəyə isə sonuncunun davranışları səbəb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...