Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu - Sumqayıtda

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub, külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şübhəli bilinən 3 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib.

Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum olunmuşlar Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyənləşib. 

Üzərilərinə baxış zamanı onlardan n ümumi çəkisi 1 kiloqram 270 qram marixuana götürülüb. 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...