Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Könüllülər alpinistlərin axtarışında

Könüllülər alpinistlərin axtarışına başlayıblar.

Mynews.az bildirir ki, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyindən verilən məlumata görə, 150-dən artıq müraciət edərək, alpinistlərin axtarışına kömək etmək üçün hazır olduqlarını bildirib.

Bütün müraciətlər diqqətlə nəzərdən keçirilib, yalnız peşəkar bacarıqları, eyni zamanda yerli dağ relyefi və hava şəraiti ilə tanışlığı nəzərə alaraq axtarış üçün uyğun olan 10 nəfər seçilib: 

“Seçilmiş şəxslərin ilk qrupu bütün lazımi avadanlıqla təmin olunub və axtarış aparılan zonaya yola salınıb. İkinci qrupun da yola salınması üçün hazırlıqlar davam edir. Bütün bu fəaliyyətlər aidiyyatı dövlət orqanları ilə koordinasiya olunur. 

Müxtəlif formada bu təşəbbüsümüzə dəstək verənlərə təşəkkürümüzü bildiririk. Bu andan etibarən axtarışa qoşulmaq istəyənlərin tərəfimizdən qəbulu dayandırılır. Dövlət orqanlarının və könüllülərin birgə səyləri nəticəsində gənc alpinistlərin tezliklə tapılacağına inanırıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...