Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda Naxçıvan rayon sakinii bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, paytaxtın Ramana qəsəbəsinin Şuşa şəhərciyində Naxçıvan rayon sakini, 2000-ci il təvəllüdlü Həsənov Kamal Ramiq oğlu qarın nahiyəsindən iki bıçaq zərbəsi alıb. Hadisə dekabrın 27-də baş verib. 

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə əlaqədar Babək rayon sakini, zərərçəkənin qohumu  Əliyev Elşən Həsən oğlu saxlanılıb. Əliyev özü könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...