Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir gündə işdən qovulan 90-dan çox işçi Aeroport yolunu bağlayır

Bakıda tikinti şirkətinin 90-dən çox işçisi bir gündə işdən çıxarılıb.

Mynews.az bildirir ki, bu barədə  “North West” şirkətinin işdən qovulan işçiləri məlumat veriblər.

Onların sözlərinə görə, şirkət rəhbərliyi son bir ayın maaşını da verməyib.

“Bizi heç bir xəbərdarlıq edilmədən işdən çıxarıblar. Sayımız 80-dən çoxdur. Səbəb kimi deyirlər ki, şirkətdə böhran yaşanır. Bunu başa düşdük, amma əvvəlcədən deyərdilər ki, işdən çıxarılacağıq, biz də işimizi bilərdik. Bir günün içərisində hamımızı işdən qovdular. Təzminat tələb edirik”, - deyə şikayətçilər bildirdi.

Narazı işçilərin sözlərinə görə, işdən çıxarılmaları ilə yanaşı müxtəlif hədə-qorxu gəliblər və çalışanları təhqir ediblər.

“Bizimlə əmək müqaviləsi də imzalanmayıb. Qanundan yayınıblar”, - deyə “North West” şirkətindən çıxarılan Kənan Əmrahlı bildirdi.

90-dan çox işçi etiraz əlaməti olaraq yaxın dəqiqələrdə Aeroport yolunu bağlayacaqlarını bildirdi.


Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...