Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağstafada dəhşətli qətl - Maşını yandırıb, sürücünü öldürdülər

Ağstafada dəhşətli qətl törədilib.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S. Əliyevin qətlə yetirildiyi məlum olub. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...