Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə ana doğuşdan sonra öldü

Gəncə şəhərində özəl xəstəxanaların birində ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. 

Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...